İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi

İsveç 2025-ci ildə hərbi xərclərini 1,3 milyard dollar artıraraq 13,5 milyard dollara çatdırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu məlumatə İsveçin müdafiə naziri Pol Conson mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, müdafiə xərcləri bu il ÜDM-in 2,2 faizindən 2025-ci ildə ÜDM-in 2,4 faizinə yüksələcək. İsveçin müdafiə xərclərinin 2028-ci ildə ÜDM-in 2,6 faizinə çatacağı gözlənilir.

İsveç hökuməti 2025-ci maliyyə ili üçün büdcə qanun layihəsini sentyabrın 19-da parlamentə təqdim etməyi planlaşdırır.

Bir gün əvvəl Conson bildirmişdi ki, İsveç Finlandiyada çoxmillətli NATO batalyon qrupuna rəhbərlik etmək istəyir. O qeyd edib ki, belə bir təşəbbüsün həyata keçirilməsi ilkin mərhələdədir. Batalyon qrupuna rəhbərlik edəcək ölkə ilə bağlı qərarı NATO kollektiv şəkildə qəbul edir.

Alyans 2016-cı il NATO-nun Varşava Sammitində “Genişləndirilmiş İrəli Mövcudluq” proqramı ilə bağlı qərar qəbul edib. Bu proqram çərçivəsində Mərkəzi və Şərqi Avropada səkkiz “çoxmillətli batalyon qrupu” yerləşdirilir.

Finlandiya 2023-cü ilin aprelində, İsveç 2024-cü ilin martında NATO-ya üzv olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR