İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahətə birgə getdiyi dostunu bıçaqladı

İsmayıllıya istirahətə gedən dostlar arasında bıçaqlanma olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 48 yaşlı Şərur sakini Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Belə ki, uzun illər aralarında dostluq münasibətləri olan şəxslər İsmayıllı rayonuna istirahət məqsədilə gəlibmiş.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub:

“Ceyhun Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Əhmədyar Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR