İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahət mərkəzlərində tibb məntəqəsi olmalıdır? - VİDEO

Əksər insanlar yay tətilini bölgələrdə keçirməyə üstünlük verirlər.

Bu səbəbdən də rayonlardakı istirahət mərkəzlərinə güclü axın müşahidə olunur.

Lakin bəzən istirahət zamanı bədbəxt hadisələr də qaçılmaz olur.

Məsələn, bu yaxınlarda Xaçmazda istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğularaq həyatını itirdi. Bəlkə də, həmin azyaşlıya ilkin tibbi müdaxilə edilsə, onun həyatını xilas etmək mümkün olardı.

Mövzu ilə bağlı bölgələrdə fəaliyyət göstərən hotel və istirahət mərkəzlərindən Baku TV-yə bildirilib ki, onlarda ilkin tibbi yardım göstərmək üçün otaq mövcuddur.

Hotellər tibb məntəqəsinin olması üçün öhdəlik daşımırlar.

Bəs qanunvericilikdə bu kimi hallar necə tənzimlənir? Bədbəxt hadisə baş verərsə kim məsuliyyət daşıyır?

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR