Onlayn ictimai-siyasi qəzet
Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast gəlinir.
Hətta bununla bağlı təhlükəsiz şəhər kameralaraına düşən görüntülər də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paylaşılır.
Bəs havalar isinən kimi hərəkətdə olan avtomobildə texniki nasazlıq niyə yaranır?
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, usta Pərviz İsmayılov hesab edir ki, isti havalarda avtomobillərin yolda qalması yanacaq nasosu problemi ilə bağlıdır. Amma bu detal sıradan çıxmazdan əvvəl bir neçə əlamətlə özünü büruzə verir.
Belə vəziyyətdə avtomobilin mühərriki qəfil sönə bilər. Bu isə həm təhlükəli, həm də baha başa gələ biləcək sonluqla nəticələnir. Usta deyir ki, adətən belə hal ən çox da stabil sürətlə uzaq yola çıxanda baş verir.
Usta hesab edir ki, nisbətən ili köhnə olan avtomobillərin sürücüləri mütəmadi olaraq nasosun təzyiqini yoxlatmalı və yanacaq filtrini vaxtında dəyişməklə bu problemin qarşısını ala bilərlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ