İnsanlara hürriyət, millətlərə istiqlal!

İstefasından iki həftə sonra vəzifəsinə QAYITDI

Bu gün İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabında paylaşım edərək yeni hökumətdəki işini davam etdirəcəyini açıqlayıb.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif İran prezidenti Məsud Pezeşkianın və başçılıq etdiyi Nazirlər Kabinetinin üzvlərinin ölkənin ali rəhbəri Əli Xameneyi ilə görüşündən sonra “X” hesabında yazıb:

“Möhtərəm prezidentin (Məsud Pezeşkian) müdrikcəsinə məsləhətləşmələr aparmasından və sərəncamından sonra mənə strateji məsələlər üzrə vitse-prezident vəzifəmi yerinə yetirməyə davam edəcəyəm”.

O, paylaşımında İranın dini rəhbəri (Xamenei) ilə görüşə gecikdiyi üçün üzr də istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR