İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda uçuşlar ləğv edildi

Türk Hava Yolları (THY) gözlənilən əlverişsiz hava şəraiti səbəbindən fevralın 19-da İstanbul Hava Limanına enən və bu hava limanından havaya qalxan bəzi reyslərin ləğv edildiyini açıqlayıb.

Musavat.com xəbər verirki, Nəqliyyat Nazirliyi İstanbulda gözlənilən güclü qar yağışı ilə bağlı İstanbul Hava Limanı və Sabiha Gökçen Hava Limanında görülən tədbirlər haqqında məlumat yayıb.

THY-nin rəsmi sosial media hesabında yayımlanan açıqlamada sərnişinlərə uçuşlarının statusunu yoxlamaq və biletin qaytarılması və ya yenidən bron edilməsi ilə bağlı məlumat əldə etmək üçün aviaşirkətin rəsmi internet səhifəsinə daxil olmaları tövsiyə edilib. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR