İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda gizli ABŞ–İran danışıqları fiaskoya uğradı- Axios yazır

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə təşkil etməyə çalışdığı ABŞ–İran gizli danışıqları son anda baş tutmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri adları açıqlanmayan yüksək rütbəli ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, gizli görüş bu həftə İstanbulda keçirilməli idi. Plan ABŞ və İran arasında yüksək səviyyəli nümayəndələrin görüşünü təmin etməklə, Yaxın Şərqdə gərginliyi azaltmağa yönəlmişdi.

Lakin danışıqların reallaşması üçün İranın ali rəhbərinin – Ayətullah Əli Xameneinin razılığı tələb olunurdu. Axios-un yazdığına görə, Tehrandakı mənbələr Xameneinin təhlükəsizlik səbəbilə gizləndiyini, onun yeri və əlaqə imkanlarının itirildiyini bildiriblər.

“Ali Liderin razılığı olmadan heç bir rəsmi nümayəndə danışıqlara qatılmır. Onun tapılmaması bütün təşəbbüsü alt-üst etdi,” – deyə mənbələr qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR