İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda 220 min bina riski altındadır - Prezident açıqladı

"İstanbulda 220 min bina risk altındadır".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN TÜRK" və "Kanal D"-nin ortaq yayınında müsahibə verərkən deyib.

Prezident 6 fevral tarixinin Türkiyənin miladı olduğunu qeyd edib və bu vəsilə ilə zəlzələdə həyatını itirənlərə rəhmət, ailələrinə başsağlığı diləyib. Prezident Ərdoğan zəlzələdən sonra İstanbulun bütün rayonlar daxil olmaqla xəritəsinin hazırlandığını, risklərin hesablandığını bildirib.

"Bu baxımdan İstanbulun önəmi ayrıdır. Biz bütün rayonlar daxil olmaqla İstanbulun xəritəsini hazırlamışıq. 220 min binanın risk altında olduğunu gördük. Mənim vətəndaşlarım öz hökumətlərinə inanmalı və etibar etməlidirlər. Köhnə binaların yerində yeni binaların inşa edilməsi proyekti davam edən bir zamanda müxalifətin "icarə transformasiyası" propaqandasına inanmamaq lazımdır. Bizim dəvətimizə cavab verənlər yeni evlərinə sahib olublar. Biz onların kirayə haqqını da ödədik. Bizə "hə" deyənlər vəziyyətlərindən məmnundurlar", - Ərdoğan deyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR