İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul hava limanında biabırçılıq - Anbaan VİDEOYA ÇƏKDİLƏR

İstanbul Havalimanındakı kafelərdən birində satılmayan sandviçlerin içindəkilər dəyişdirilib yenidən satışa çıxarılır.

Buna dair görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilir ki, hava limanının daxili uçuşlar terminalında fəaliyyət göstərən kafedə əməkdaş köhnəlmiş sandviçləri açaraq bayat məhsulları çıxarıb, yerinə təzə inqrediyentlər əlavə edərək yenidən qablaşdırıb. Həmin anları müştərilərdən biri mobil telefonla lentə alaraq sosial şəbəkədə paylaşıb.

Hava limanından istifadə edən sərnişinlər buna kəskin etiraz ediblər. Onlar hava limanında satılan yüksək qiymətli qida məhsullarının gigiyena standartlarına tam cavab verməli olduğunu bildirərək, məsul qurumların nəzarəti gücləndirməsini tələb ediblər./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR