İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli general əsir götürüldü - FOTO

Bu gün səhər saatlarından Fələstinin İsrailə hücumu nəticəsində 65-ə yaxın İsrail əsgəri öldürülüb, 50-dən çox əsgər isə əsir götürülərək Qəzza zolağına aparılıb.

Musavat.com "The Jerusalem Post"a istinadən xəbər verir ki, əsir götürülənlər arasında israilli general Nimrod Aloni də var.

O, "HƏMAS" silahlıları tərəfindən sağ ələ keçirilib və naməlum istiqamətə aparılıb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.

Qeyd edək ki, bu dəqiqələrdə İsrail və Fələstin rəsmiləri arasında əsirlərin geri qaytarılması ilə bağlı müzakirələrə başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR