İnsanlara hürriyət, millətlərə istiqlal!

"İsrailin yanındayıq və geri çəkilməyəcəyik" - SON DƏQİQƏ AÇIQLAMASI

ABŞ prezidenti Co Bayden HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatı ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Bayden ABŞ-ın İsrailin yanında olduğunu ifadə edib.

"ABŞ İsrailin yanındadır və biz geri çəkilməyəcəyik. İsraillilərin üzərinə bir neçə saat ərzində minlərlə raket yağdırılıb. Mülki vətəndaşlar da öldürülüb. Günahsız insanlar öldürülüb. Yaşlı insanlar HƏMAS tərəfindən əsir götürülüb. Netanyahu ilə telefon danışığım oldu və ona ABŞ-ın onun tərəfində olduğunu söylədim" - o deyib.

Bayden əlavə edib ki, İsrailin bu hücumlara qarşı özünü müdafiə etmək hüququ var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR