Onlayn ictimai-siyasi qəzet
"Hər iki tərəfdə praqmatik, müasir düşünən insanlar var. 7 oktyabr hadisələri sülhlə bağlı düşüncələrə mənfi təsir etdi. ABŞ administrasiyası plan təklif etməkdə uğursuz oldu. Fələstinlilər və israillilər üçün daha yaxşı plan təklif edə bilmədilər".
Musavat.com xəbər verir ki, bunu İsrailin sabiq xarici işlər naziri, baş nazir müavini Tzipi Livni XII Qlobal Bakı Forumunda "Sülhə gedən yol" adlı paneldə çıxışı zamanı bildirib.
Sabiq diplomatın sözlərinə görə, HƏMAS-ın mövqeyi hər kəsə qarşıdır:
"Biz beynəxalq ictimaiyyətə inandıq. HƏMAS sadə prinsiplərə sadiq qalmalı idi. Fikrimcə, imkanlar var. HƏMAS-ın hücumuna məruz qalan mülki qurbanların sayı çoxdur. Maliyyələşmə olsa, silah alınacaq. Biz müharibənin yenidən başlamasını istəmirik. HƏMAS hakimiyyətdə qalsa, yenidən hücum edəcək. Əsirlər qaytarılmalıdır. Fələstinliləri təmsil edən hakimiyyət qurulmalı, onun legitimliyi tanınmalıdır.
Cihad ideologiyası keçmişdə qalmalıdır. Müəyyən qüvvələr vasitəsilə əməkdaşlıq etməli, yeni rejim yaradıb, yeni formata keçməliyik. Misir, BƏƏ bu prosesə töhfə verə bilər. Hər iki xalqın milli maraqlarına cavab vermək üçün yeni format yaradıla bilər. Dəyərlər alyansı qurulmalıdır. Gəlin, bunu tətbiq edək".
Nigar HƏSƏNLİ,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ