İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin quru əməliyyatı buna görə gecikir - TƏCİLİ

"İsrailin Qəzzaya qarşı quru əməliyyatının gecikməsinin səbəbi bəlli deyil. Bunun İsrailin hazırlıqları, yoxsa ABŞ-ın təzyiqi ilə bağlı olması qeyri-müəyyəndir".

Musavat.com xəbər verir ki, İsrailin Haaretz qəzeti quru əməliyyatındakı qeyri-müəyyənliyə diqqət çəkib.

Məqalədə bildirilir ki, bu gün ABŞ girovların azad edilməsinə kömək etmək üçün gecikmə təklif edib.

"Siyasi müstəvidə İsrail qeyri-müəyyən olaraq qalır. İsraildə heç kim ABŞ-ın təzyiqi ilə hərbi əməliyyatlara mane olan tərəf kimi görünmək istəmir" - təhlildə vurğulanıb.

Qəzet yazır ki, İsrail rəhbərliyi sanki müstəqil hərəkət edirmiş kimi görünmək istəyir:

"Son bir neçə gündə diplomatik mənbələr açıq şəkildə bildirirlər ki, girov məsələsi, eləcə də ordunun hazırlıq məsələsi qərarların qəbulu prosesinə təsir edir. İsrail rəhbərliyi sanki müstəqil hərəkət edirmiş kimi görünmək istəyir. Bayden və onun komandasının Qəzzaya humanitar yardım üçün məsuliyyət daşımasından başqa, İsrail heç bir qərarını açıq şəkildə Amerikanın təzyiqi ilə əlaqələndirmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR