Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib ki, İsrailin son hərbi hücumlarına baxmayaraq, İranın Fordo şəhərində yerləşən uran zənginləşdirmə zavodu heç bir ziyan görməyib. Bu barədə Musavat.com Agentliyə istinadən xəbər verir.
Qrossinin sözlərinə görə, hücumlardan sonra obyektə daxil olan beynəlxalq müfəttişlər hər hansı struktur zədəsi və ya fəaliyyət pozuntusu qeydə almayıblar:
“Fordo obyektində hər şey normal rejimdə işləyir. Agentlik obyektə daimi nəzarət edir və biz fəaliyyətin sabit şəkildə davam etdiyini təsdiqləyirik".
Qeyd edək ki, Fordo İranın əsas nüvə obyektlərindən biri hesab olunur və uranın zənginləşdirilməsi burada yüksək səviyyədə həyata keçirilir.
Bu obyektin toxunulmaz qalması, regionda artan gərginliyə baxmayaraq, beynəlxalq nüvə təhlükəsizliyi baxımından önəmli faktor kimi qiymətləndirilir.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ