İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin çağırışından sonra Qəzzada SON VƏZİYYƏT - VİDEO

Xəbər verildiyi kimi, İsrail Müdafiə Ordusu Qəzzanın 1,1 milyon mülki əhalisini zolağın cənubundakı əraziyə köçməyə çağırıb. 

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, fələstinlilərin cənuba köçü artıq başlayıb.

İsrail ordusu (IDF) verdiyi yazılı açıqlamada bildirib ki, HƏMAS-ın hərbi qanadı "İzzəddin Əl-Qəssam" yaraqlıları Qəzzada tunellərdə, evlərin altında, habelə mülki əhalinin yaşadığı binalarda gizlənir.

Açıqlamada HƏMAS-ın silahlı qanadının İsrailə müharibə elan etdiyi bildirilib:

"Qəzza şəhəri hərbi əməliyyatların aparıldığı bölgədir. IDF şəhərdəki bütün mülki vətəndaşları öz təhlükəsizliyi və müdafiəsi üçün Qəzza zolağının cənubundakı əraziyə köçməyə çağırır. Bu evakuasiya sizin təhlükəsizliyiniz üçündür. Sizdən canlı qalxan kimi istifadə edən HƏMAS terrorçularından uzaq olun".

Qeyd edək ki, Qəzzada 2,3 milyon fələstinli yaşayır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR