İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildəki vətəndaşlarımızla bağlı son vəziyyət açıqlandı

İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

"İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR