Onlayn ictimai-siyasi qəzet
İsraildə baş verən silahlı hücum nəticəsində 12 yaşlı bir uşaq həyatını itirib, ən azı üç nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hücum Bəytar-İlitdən Qüdsə gedən avtobusa atəş açılması nəticəsində baş verib. Hücum edən şəxslər hadisə yerindən qaçıblar.
İsrail təhlükəsizlik qüvvələri insidenti araşdırır və Bəyt-Ləhəmə girişdə nəzarət-buraxılış məntəqələri qurulub. Hadisə ilə bağlı əməliyyat tədbirləri davam edir.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ