Onlayn ictimai-siyasi qəzet
Təl-Əvivdəki Ben Qurion hava limanı İsraildə ümumi tətil fonunda sentyabrın 2-də yerli vaxtla saat 08:00-dan etibarən bağlanacaq.
Musavat.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, hava limanı uçuş və eniş üçün bağlı olacaq.
Bundan əvvəl İsrailin Histadrut Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Arnon Bar-David sentyabrın 2-də ölkə hakimiyyətindən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsinə nail olmaq tələbi ilə bir günlük ümumi tətil elan edib. Onun bu bəyanatı Qəzzada daha 6 israilli girovun, o cümlədən Rusiya vətəndaşlığı olan Aleksandr Lobanovun da öldüyü xəbərindən sonra verilib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, onların cəsədləri avqustun 31-i axşam saatlarında hərbçilər tərəfindən Qəzza zolağının cənubunda, son günlər döyüşlərin getdiyi Rəfah şəhəri yaxınlığındakı yeraltı tunellərdən birində aşkar edilib.
Sentyabrın 2-də fəaliyyətini dayandıracaq müəssisələrin tam siyahısı daha sonra açıqlanacaq. Ynet portalının məlumatına görə, tətilə səhiyyə müəssisələri, apteklər, müdafiə müəssisələri, qida fabriklərinin də qoşulacağı gözlənilir. Təl-Əviv bələdiyyəsi artıq tətili dəstəkləyib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ