İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və İrana uçuşları dayandırdı

Lufthansa Qrupuna məxsus aviaşirkətlər sentyabrın 19-dək Təl-Əviv və Tehrana uçuşları dayandırıb.

“Təhlükəsizlik vəziyyətindəki son dəyişikliklə əlaqədar olaraq, Lufthansa Group aviaşirkətləri Təl-Əviv və Tehrana bütün uçuşları dərhal dayandırmaq qərarına gəliblər. Bu qərar sentyabrın 19-u daxil olmaqla qüvvədədir”, - aviadaşıyıcının açıqlamasında bildirilir.

Qeyd edilir ki, bu müddət ərzində bütün Lufthansa Group aviaşirkətləri İsrail və İranın hava məkanından yan keçəcək.

"Lufthansa Qrupu vəziyyəti yaxından izləməyə davam edir və yaxın günlərdə daha ətraflı qiymətləndirmə aparacaq", - aviaşirkətin məlumatında deyilir.

Qeyd edək ki, Lufthansa Tel-Əvivə uçuşları sentyabrın 5-də bərpa etmişdi. Beyruta uçuşlar isə oktyabrın 15-nə kimi dayandırılıb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR