İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Sinvarı da ÖLDÜRDÜ: SENSASİON görüntülər yayıldı - 18+ FOTOLAR (YENİLƏNİB)

HƏMAS lideri Yəhya Sinvar Qəzzada məhv edilib.

Musavat.com xəbər verir ki, artıq HƏMAS liderinin öldürüldüyü təsdiq edilib.

Xəbəri  "Sky News" Arabia-dakı mənbəyə istinadən yayıb.

****

Sosial şəbəkələrdə HƏMAS-ın 61 yaşlı lideri Yəhya Sinvara bənzəyən kəsilmiş meyitin kadrları yayılıb.

Musavat.com xəbər verir ki, İsrail mediası mənbələrə istinadən xəbər verir ki, o, bu gün Qəzza zolağında bir evdə İDF patrulu tərəfindən öldürülüb.

“İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı 3 terrorçu məhv edilib. İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Agentliyi terrorçulardan birinin Yəhya Sinvar olması ehtimalını araşdırır. İndiki mərhələdə terrorçuların kimliyini təsdiqləmək mümkün deyil. Terrorçuların məhv edildiyi binada girovların izlərinə rast gəlinməyib. Ərazidə fəaliyyət göstərən qüvvələr lazımi ehtiyatla əməliyyatlarını davam etdirir”, - deyə İDF şərh edib.

İsrail Kanal 12 bildirir ki, Sinvar olduğu iddia edilən cəsədin DNT müayinəsi bir neçə saat çəkəcək. O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun təşkilatçısı olub.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR