Onlayn ictimai-siyasi qəzet
İsrailin Azərbaycandakı səfirliyi yəhudi dövlətinin müstəqilliyinin 77-ci ildönümü şərəfinə ziyafət təşkil edib.
"Report" xəbər verir ki, tədbirdə yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri, diplomatlar, iş adamları və yəhudi icmasının üzvləri iştirak ediblər.
Səfir Corc Dik İsrailin suverenliyə qədər keçdiyi yoldan, Azərbaycanla sülh və tərəqqi, eləcə də qarşılıqlı hörmət əsasında qurulmuş möhkəm dostluqdan danışıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonaqlar qarşısında çıxış edərək iki ölkə arasında güclü iqtisadi əməkdaşlığı və ikitərəfli münasibətlərin əsasında duran ümumi dəyərləri vurğulayıb.
Ziyafətdə simli kvartet və tanınmış musiqiçi Fərid Əliyev çıxış edib. Qonaqlar həmçinin İsrail mətbəxinin dadına baxıblar.
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ