Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu (CAXAL) Qəzza zolağında əməliyyatların coğrafiyasını genişləndirib.
Musavat.com xəbər verir ki, ilk dəfə olaraq, mərkəzi Qəzzada yerləşən Deir əl-Bəlah şəhərinin sakinlərinə rəsmi şəkildə təxliyə bildirişi göndərilib.
İsrail Ordusunun yaydığı açıqlamada deyilir: “CAXAL əvvəllər fəaliyyət göstərmədiyi bölgədə əməliyyatlarını genişləndirir”.
Təhlükəsizlik səbəbilə verilən bu təxliyə qərarı, Qəzzada vəziyyətin daha da gərginləşəcəyinin və hərbi əməliyyatların mərkəz bölgələrə də yayılacağının göstəricisi kimi qiymətləndirilir.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ