Onlayn ictimai-siyasi qəzet
İsrail Qəzzada girov saxlanılan şəxslərin azad olunması və atəşkəs razılaşması ilə bağlı yeni danışıqlar raunduna hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Times of Israel" yayıb.
İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya yola düşüb. Xəbərdə qeyd olunur ki, danışıqlarda HƏMAS qruplaşmasının nümayəndələri də iştirak etməyə razılıq veriblər. Əvvəlki danışıqların nəticəsiz qalması tərəfləri yeni bir mərhələyə keçməyə məcbur edib.
Ekspertlər bu görüşlərin regionda gərginliyi azaltmaq və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün mühüm addım olduğunu bildirirlər. Tərəflərin razılığa gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ