Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti Qəzza zolağının tam işğalını və əraziyə qeyri-müəyyən müddətə nəzarəti nəzərdə tutan hərbi planı rəsmən təsdiqləyib. Bu barədə məlumatı Sky News yayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusu bu addımı HƏMAS-ın tamamilə məhv edilməsi və girovların azad edilməsi məqsədi ilə atır.
İsrail rəsmiləri bildiriblər ki, bu əməliyyat “hərbi məqsədlərə çatmaq üçün vacib mərhələ” hesab olunur və region üzərində nəzarətin bərpa edilməsi, eləcə də təhlükəsizlik təhdidlərinin aradan qaldırılması məqsədi daşıyır.
Analitiklər isə qeyd edirlər ki, bu qərar bölgədə humanitar vəziyyətin daha da pisləşməsi, beynəlxalq təzyiqlərin artması və mülki əhalinin təhlükəsizliyinə ciddi təsirlər göstərə bilər.
Toğrul İSMAYIL,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ