Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminə məxsus kimyəvi silah zavoduna hava zərbəsi endirib.
Musavat.com xarici mediaya istinadən bildirir ki, hücumun məqsədi üsyançı qüvvələrin zavodu ələ keçirməsinin qarşısını almaq olub.
Bununla yanaşı, İsrail ordusu Suriya sərhədi boyunca bufer zonada və strateji əhəmiyyətə malik bir neçə nöqtədə hərbi qüvvələrini yerləşdirdiyini təsdiqləyib. İsrail tərəfi bildirib ki, bu addımlar sırf müdafiə xarakteri daşıyır və Suriyanın daxili məsələlərinə qarışmaq niyyətində deyillər.
“Qüvvələrin gücləndirilməsi bölgədə müdafiə tədbirlərini artırmaq və müxtəlif mümkün ssenarilərə hazırlıq üçün vacibdir”, - deyə İsrail ordusunun bəyanatında vurğulanıb.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ