Onlayn ictimai-siyasi qəzet
İsrail Qəzzada türk telekanalının əməkdaşlarına hücum edib.
Musavat.com xəbər verir ki, İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasına, eləcə də jurnalistlərin yerləşdiyi çadıra hücum edib. Nəticədə çoxlu sayda köçkün həlak olub və yaralanıb. Qurbanlar arasında jurnalistlər də var.
Türkiyənin TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən qəlpələrlə yaralanıb. TRT-nin kamera köməkçisi və bir neçə digər mətbuat mənsubunun da yaralandığı bildirilir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ