Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti İrlandiya ilə diplomatik münasibətlərdə gərginliyin artması fonunda Dublindəki səfirliyini bağlamaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin xarici işlər naziri Qideon Saar açıqlayıb.
İsrailin "Times of Israel" qəzetinin məlumatına görə, səfirliyin bağlanması qərarının səbəbi İrlandiya hökumətinin İsrailə qarşı “antisemit xarakterli hərəkətləri” olub.
İsrail tərəfi Dublin hökumətini xüsusilə Fələstinə dəstək göstərməkdə və İsrailin mövqeyini zəiflətməkdə ittiham edir. Nazir Qideon Saar bu qərarın iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcəyini vurğulayıb.
İrlandiya, Avropa İttifaqı daxilində Fələstin məsələsində açıq şəkildə İsrailin tənqidçilərindən biri kimi tanınır. İsrailin səfirliyini bağlaması, tərəflər arasında diplomatik böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər.
Mənbə: Times of Israel
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ