Onlayn ictimai-siyasi qəzet
İsrail İranla mümkün müharibəyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Simone Halperin deyib.
"İsrail hər zaman hazırdır və hazırlaşır", - deyə səfir brifinqdə bildirib.
Belə ki, o, Dəməşqdəki konsulluğa hücumdan sonra İranın mümkün cavabını şərh edib.
Səfirin sözlərinə görə, İsrailin tarixi sübut edir ki, buna hazır olmaq lazımdır.
Halperin qeyd edib ki, İsrail İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı heç nə deyə bilməz.
"Hücum konsulluğa deyil, yaxınlıqdakı binaya edilib", - səfir əlavə edib.
O, həmçinin bildirib ki, İsrailin şimalında ikinci cəbhə açılarsa, Livan üçün nəticələri çox ağır olacaq.
Xatırladaq ki, aprelin 1-də İsrail Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına hücum edib. Tehran zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı, həmçinin beş general köməkçisinin həlak olduğunu açıqlayıb.
"Tasnim" agentliyinin məlumatına görə, hücumda 5 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ