İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana qabaqlayıcı zərbələr ENDİRƏ BİLƏR

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Belə ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordu və kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüş keçirib.

Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Hertsi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub.

Nəşr qeyd edib ki, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR