İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçilərinin açdığı atəş nəticəsində "Al-Jazeera"nın müxbiri ölüb

"Al-Jazeera" telekanalının müxbiri Şirin Əbu Akla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölüb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 51 yaşlı Aklanın başından ağır yaralandığını və həyatını itirdiyi bildirib.

O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.

Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR