İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS-ı bu halda məğlub edə bilər - Fridman AÇIQLADI

"İsrail altı cəbhədə mübarizə aparır və müttəfiqlərinin dəstəyi olmadan bu müharibədə qalib gələ bilməz".

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu köşə yazarı Tomas Fridman deyib.

Onun məqaləsi “The New York Times”da dərc olunub.

“İsrail qeyri-hökumət təşkilatları, sosial şəbəkələr, ideoloji hərəkatlar, İordan çayının qərb sahili icmaları və siyasi qüvvələr ilə mübarizə aparır”, – deyə Fridman İsrailin əleyhdarlarını sadalayıb. 

Köşə yazarı həmçinin HƏMAS hərəkatının, Livandakı "Hizbullah"ın, eləcə də Suriya, İraq və Yəməndəki iranyönlü qrupların və İranın özünün adını çəkib.

Müşahidəçinin fikrincə, İsrailin qələbəsi o halda mümkündür ki, o, ABŞ və yəhudi tərəfinə dəstək üçün qlobal ittifaq yarada bilsin.

Fridman qeyd edib ki, İsrailin son onilliklərdə həyata keçirdiyi məskunlaşma siyasəti onun belə bir ittifaq yaratmasını çətinləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR