İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan diplomatiyası OPEC+ tarixində mühüm rol oynayıb” – Baş katib Haysam Əl-Qays

Azərbaycan 2016-cı ildə OPEC+ Əməkdaşlıq Bəyannaməsi imzalanandan bəri bizim üçün çox effektiv, loyal və etibarlı tərəfdaş olub. Zati-aliləri Prezident İlham Əliyevin müdrik rəhbərliyi və göstərişləri ilə energetika naziri bu təşəbbüsdə yaxından iştirak edib və OPEC-ə üzv olmayan digər ölkələrin də bu alyansa qoşulmasında həlledici rol oynayıb.

Bunu AZƏRTAC-a açıqlaması zamanı OPEC-in Baş katibi Haysam Əl-Qays rəhbərlik etdiyi beynəlxalq qurumun Azərbaycanla münasibətlərini qiymətləndirərkən deyib.

“Azərbaycanın öhdəlikləri və töhfələri təkcə hasilatın artırılması və ya azaldılması ilə bağlı birgə qəbul etdiyimiz qərarların icrasında deyil, həm də illər ərzində keçirilən bütün görüşlərdə, xüsusilə də 2020-ci ilin aprelində keçirilən və tarixi əhəmiyyət daşıyan məşhur görüşdə fəal iştirakı ilə özünü göstərib. Azərbaycan diplomatiyası bizlərin ortaq razılığa gəlməsində mühüm rol oynayıb və bu, bütün ölkələr üçün faydalı olub. Azərbaycan son doqquz il ərzində OPEC+ alyansının fəxr olunası üzvü kimi bizimlə birlikdə yol qət edib”, - deyə Haysam Əl-Qays vurğulayıb.

 

Aytən Abbaslı,
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbirləri
Vyana

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR