Onlayn ictimai-siyasi qəzet
"Heç bir strateji rəqabəti olmayan iki dövlətin axşam qurduğu şou bütün dünyada trenddə idi. Günlərdir İsraili yer üzündən silməyə and içən İran molla rejimi İsrailə qarşı tarixdə ilk dəfə öz ərazisindən zərbələr endirməyə başladı".
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.
Ekspert bildirib ki, dron və raket zərbələri ilə yanaşı, İranın bölgədəki terror təşkilatları da - Husilər, "Haşdi-Şabi", "Hizbullah", "Qüds gücləri" və s. paralel formada İsrailə tənəkə raketlərdən yağdırdı:
"NƏTİCƏ: bütün zərbə raketlərinin əksəriyyəti İsrailə çatmamış İordaniya və İraqda zərərsizləşdirildi. İsrailə düşənlərdən isə (cəmi 1 faizi) bir uşağın yaralanmasına səbəb olub. İsraildə bombalanan zona ərəblərin yaşadığı qəsəbə imiş nə hikmətdirsə, indi isə İsrail geriyə 24 saat saymağa başladı.
Əlbəttə ki, İsrail leqal qaydada (artıq) İranın nüvə laboratoriyalarını vuracaq. İkincisi isə hakimiyyətə şah tərəfdaşlarının qayıtmasına çalışacaq.
Yoxsa hər ikisinin bölə bilmədiyi hansısa məsələ yoxdur + hər ikisinin ortaq nöqtəsi İslam dini və ərəblərdir.
Bu arada: İranın hava gücü deyildiyi qədər zəif imiş/Hava hakimiyyətini İmam Hüseynə ümid etməklə deyil e..."
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ