Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzadakı Darc-Tüffa rayonunda HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mərkəzin ərazisində HƏMAS-ın İsrail Müdafiə Qüvvələrinə qarşı “terror aktları törətmək” üçün istifadə etdikləri partlayıcı qurğuların saxlandığı silah anbarı yerləşirdi.
Qurumun məlumatına görə, İMQ son 48 saat ərzində Qəzza zolağının bütün ərazisində yaraqlıların 90 hərbi obyektinə zərbələr endirib. Mətbuat xidməti hücum edilmiş hədəflər arasında silah anbarları, yaraqlı dəstələri və obyektləri sadalayıb.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ