İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Almaniyaya silah satmaq istəyir, ABŞ icazə vermir

ABŞ hökuməti İsraildən Almaniyaya satılması planlanan “Arrow 3” reaktiv batareyaların bir hissəsinin ABŞ-da hazırlanmasını tələb edib. Rəsmi Vaşinqton əsk təqdirdə silah satışına icazə verməyəcəyini bildirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsrailin “KAN News” portlı məlumat yayıb.

ABŞ “Arrow 3” sisteminin hazırlanmasında iştirak etdiyi üçün İsrail və Almaniya arasında gözlənilən razılaşmanın Pentaqon tərəfindən təsdiqi tələb olunur. ABŞ razılaşmanı prinsipial olaraq bəyənsə də, bunun öz şərtləri arasında baş tutmasını istəyib.

İsrailin ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri olan “Arrow 3”, 2400 km-ə qədər olan məsafədə və 100 km-dən çox yüksəklikdə uçan ballistik raketləri ələ keçirməyə qadirdir. “Israel Aerospace Industries” şirkəti tərəfindən hazırlanan sistemə ABŞ-da hazırlanmış komponentlər daxildir. Həmin tərkib hissələrinə ABŞ tərəfindən milyardlarla sərmayə qoyulub.

Əgər 3 milyardlıq anlaşma baş tutarsa, bu, İsrailin hərb sənayesi tarixində ən bahalı və qazanclı sazişə çevriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR