İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada xalq ayağa qalxdı: on minlərlə insan küçələrə axışdı

İspaniyanın müxtəlif bölgələrində minlərlə insan Əmək günü münasibətilə nümayiş keçirib.

Musavat.com xəbər verir ki, Madriddəki hökumət ofisindən TASS-a verilən məlumata görə, aksiyaya 10 minə yaxın insan qatılıb.

Qeyd olunub ki, nümayişi iki həmkarlar ittifaqı təşkilatı təşkil edib.

Onlar məşğulluğun və əmək haqqının yaxşılaşdırılmasına, iş vaxtının azaldılmasına çağırıblar.

Mitinqi bəzi məşhur ispan siyasətçiləri də dəstəkləyib.

Analoji hadisə Barselonada da baş verib. 

Qeyd edək ki, fevralda İspaniya Deputatlar Konqresi hökuməti iş həftəsinin müddətini azaltmağa çağırıb.

Bundan əvvəl İspaniyada partiyalar iş həftəsini 2024-cü ildə 38,5 saata, 2025-ci ildə isə 37,5 saata endirmək barədə razılığa gəliblər. İşçilərin maaşlarının eyni səviyyədə qalacağı güman edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR