Onlayn ictimai-siyasi qəzet
İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.
“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.
Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.
Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ