İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada enerji BÖHRANI - Bir günlük zərər AÇIQLANDI

İspaniyada elektrik enerjisi təchizatında baş vermiş genişmiqyaslı nasazlıq ölkə iqtisadiyyatına 1 milyard avroya qədər zərər vura bilər.

Musavat.com xəbər verir ki, bu barədə yerli "The Objective" qəzeti ekspertlərin qiymətləndirməsinə istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu nasazlıq İspaniyanın ümumi daxili məhsuluna (ÜDM) ciddi təsir edəcək, çünki bir çox müəssisə fəaliyyətini dayandırmağa məcbur qalıb.

Analitiklərin hesablamalarına görə, İspaniyanın gündəlik ÜDM-si 4 milyard avrodan çoxdur. Bunun təxminən 14 faizi (təxminən 575 milyon avro) sənaye sektorunun, 12 faizi isə (təxminən 500 milyon avro) xidmət sahəsinin payına düşür. Ümumilikdə, ölkə iqtisadiyyatının itkiləri 1 milyard avroya qədər ola bilər.

Bundan əvvəl İspaniyanın elektrik şəbəkələri operatoru "Red Electrica" istehlakın 99,16 faizinin bərpa edildiyini açıqlayıb.

Qeyd edək ki, aprelin 28-də İspaniya və Portuqaliyada elektrik şəbəkələrində ciddi nasazlıq qeydə alınıb və bu, milyonlarla insanın işıqsız qalmasına səbəb olub.

"Euronews" telekanalının məlumatına görə, Andorrada və İspaniya ilə sərhəd olan Fransa bölgələrində də oxşar problemlər yaşanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR