İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya məktəbləri təxminən 100 min ukraynalı uşağı qəbul edəcək

İspaniya məktəbləri Ukraynadan 100 minə yaxın uşağı qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İspaniyanın təhsil naziri Pilar Aleqria deyib. Onun sözlərinə görə, hökumət bu xərcləri qarşılamaq üçün tədbirlər görür və məktəblərdə müəllimlərin sayını artırır.

“Həm muxtar icmaların, həm də nazirliyin yetkinlik yaşına çatmayanların xüsusi şəraitdə tədrisi ilə bağlı kifayət qədər təcrübəsi var. Onların emosional vəziyyətini nəzərə almaq vacibdir”, - deyə nazir bildirib.

P.Aleqria etiraf edib ki, yaxın gələcəkdə İspaniyada ukraynalı uşaqların sayı artacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR