Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un verdiyi xəbərə görə, İspaniya kralı VI Filipp güclü daşqınların baş verdiyi Valensiya bölgəsinə səfər edib.
Kralın səfərinin yerli sakinləri dəstəkləmək və onlara moral vermək məqsədi daşıdığı güman edilirdi. Lakin səfər zamanı onun qarşısında toplaşan qəzəbli kütlə krala üsyan edərək ona “qatillər” qışqırışları ilə etiraz ediblər və üzərinə zibil atıblar.
İspaniya baş naziri Pedro Sançesin verdiyi məlumata görə, ölkədə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 214-ə çatıb. O, ölüm hallarının əksəriyyətinin Valensiyada qeydə alındığını, burada 211 nəfərin həlak olduğunu, Kastiliya-La Mançada iki, Andalusiyada isə bir nəfərin həyatını itirdiyini açıqlayıb.
Baş nazir Sançes həmçinin bildirib ki, bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün 2,5 min ispan əsgəri hazırda bölgədə çalışır. Əlavə olaraq, 5 min hərbçinin də fəlakət zonasına göndərildiyi qeyd olunub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ