İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda qaydaları pozan sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görülüb

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı nəzarət-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı dayanma-durmanın qadağan edildiyi ərazilərdə, piyada səkilərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər müəyyən olunub.

Qaydalar onlara izah edilib və bu əməllərinin piyadaların, eləcə də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi daşıyan bu kimi tədbirlər davam etdiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR