İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıl Haniyə ilə vida mərasimindən GÖRÜNTÜ - FOTO

Xəbər verdiyimiz kimi, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə qətlə yetirilib.

Musavat.com xəbər verir ki, SEPAH öz Telegram səhifəsində Haniyə ilə vida mərasimindən foto yayıb.

Haniyə və mühafizəçisinin vida mərasimi Tehranın Şəhidlər Xiyabanında keçirilib. Onların cənazəsini dəfn edilmək üçün Qətərin paytaxtı Doha şəhərinə aparıblar. Dəfn mərasiminin bu gün keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də yerli vaxtla saat 2 radələrində Tehranın şimalında onun üçün ayrılmış iqamətgaha atəş açılması nəticəsində ölüb.

HƏMAS lideri Qətərin paytaxtı Dohada yaşayırdı və İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.

Musavat.com İsmayıl Haniyə və mühafizəçisinin vida mərasimindən fotonu təqdim edir:

WhatsApp Image 2024-08-01 at 07.53.34.jpeg (211 KB)

@@TVmusavat/91965@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR