İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıl Haniyə dəfn olunur: Onu son mənzilə belə yola salırlar – VİDEO

İki gün əvvəl Tehranda öldürülən HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin nəşi dəfn olunması üçün Qətərə gətirilib.

Dəfn mərasimində iştirak etmək üçün bir sıra ölkələrin rəsmiləri Qətərin paytaxtı Dohaya gəliblər.

İran Prezidenti Məsud Pezeşkian da mərasimdə iştirak edəcək.

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

Avqustun 1-də isə İranın paytaxtında HƏMAS lideri ilə vida mərasimi keçirilib. (Bizim.Media)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR