İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam ölkələrindən Azərbaycana ciddi dəstək gəldi

57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq Azərbaycanın Qarabağın erməni sakinlərinin Ağdam-Xankəndi yolundan istifadə etməsi təklifini alqışlayır: “Bu cür təşəbbüslər (erməni) sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına yeni bir töhfə olacaq”.

Musavat.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı hər hansı təxribatçı hərəkətlərdən çəkinməyə, erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi və digər marşrutlardan istifadəni dəstəkləməyə çağırıb.

İƏT Baş Katibliyi sülh yolunda irəliləmənin, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR