İnsanlara hürriyət, millətlərə istiqlal!

İskəndəryan: Ermənistan Rusiya mifindən Qərb mifinə keçir

Ermənistan seçim edə bilməz, seçim “seçimin olmaması” olmalıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan danışıb.
Onun sözlərinə görə, Ermənistan münaqişəsi olan böyük ölkə deyil, lakin ciddi təhlükəsizlik problemləri var. Fransa jandarmlarının və ya Amerika mühafizəçilərinin Xankəndiiyə girəcəklərinə ümid etmək ən azından ciddi görünmür.

“Bu sadə yanaşmalar - rusiyayönlü, qərbyönlü yanaşmalar ciddi deyil, özünə hörmət edən mütəxəssislərdə belə bir təsəvvür ola bilməz, politoloq nə qərbpərəst, nə də rusiyapərəst ola bilməz”, - deyə İskəndəryan bildirib.

İskəndəryana görə,, sivilizasiya seçimi etmək yanlışdır. “Gəlin Azərbaycan nümunəsinə baxaq: onlar sivilizasiya seçimi edirmi - yox, Rusiya ilə işləyirlərmi - bəli, Qərblə işləyirlərmi - bəli, bəs İranla - hə? Ermənistanın balanslaşdırılmış xarici siyasətə ehtiyacı var, bir tərəfə söykənmək siyasi təcrübənin olmamasının nəticəsidir və bu siyasət deməkdir ki, biz sadəcə olaraq bir mifdən digərinə keçirik”,-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR