İnsanlara hürriyət, millətlərə istiqlal!

İsinbayeva Putinin gözündən düşüb - Ümumrusiya xalq cəbhəsindən ixrac edildi

Rusiyanın yüngül atletika üzrə olimpiya çempionu Yelena İsinmayeva Putinin əsas siyasi təşkilatlarından Ümumrusiya xalq cəbhəsinin mərkəzi qərargah üzvlüyündən xaric edilib.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda, daha doğrusu iyulun 11-də İspaniyanın “El Digital Sur” qəzeti İsinbayevanın Tenerife adasına köçdüyünü, orada “lüks kompleks”də yaşadığını və “gizli həyat tərzi” apardığını yazmışdı. Bundan sonra olimpiya çempionu özünü "dünyanın adamı" adlandırdığı yazı dərc edib.

"Mən işlədiyim yerdə yaşayıram" deyə İsinbayeva həmin yazısında bu sözləri qeyd edib. İsinbayeva həmçinin 2015-ci ildə müdafiə naziri Sergey Şoyqu tərəfindən ona verilən mayor rütbəsi “nominal” olduğunu və özünün heç bir siyasi təşkilatla əlaqəsinin qalmadığını və diqqətini idmana yönəltmək istədiyini bildirib.

Елена_Исинбаев_в_Кремле.jpg (139 KB)

Qeyd edək ki, olimpiya çempionunun İspaniyada ümumi dəyəri təxminən 3 milyon avro olan iki villa və "penthaus"a sahib olduğu aşkar edilib.

Aleksey Navalnının Korrupsiyaya qarşı mübarizə Fondu ölkə hakimiyyətindən İsinbayevaya qarşı sanksiyalar tətbiq etməsini istəyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR