Onlayn ictimai-siyasi qəzet
Yay aylarında hərarətin yüksəlməsi ilə birgə elektrik enerjisinə olan tələbat da kəskin artır. Xüsusilə Bakının ətraf yaşayış məntəqələri, eləcə də şəhərdaxili mikrorayonlar mütəmadi olaraq işıq zəifliyi və enerji kəsintilərindən əziyyət çəkir.
Mütəxəssislər bu vəziyyəti əsasən elektrik xətlərinin həddindən artıq yüklənməsi ilə əlaqələndirir.
Bunun üçün də vətəndaşlar pik saatlarda enerji istehlakını azaltmalıdır. Saat 18:00–23:00 arası adətən şəbəkədə ən çox yük düşən saatlardır. Bu saatlarda eyni vaxtda kondisioner, paltaryuyan, ütü, elektrik sobası kimi cihazlardan istifadə edilməməlidir. Dominos pizza
Eyni anda çoxlu cihaz işlətmək olmaz. Evdə eyni vaxtda ağır elektrik cihazlarının işləməsi (xüsusilə yayda) şəbəkəyə yük salır və gərginliyi azaldır.
Həmçinin köhnə texnikanı yeniləmək lazımdır. Enerji istehlakına qənaət edən "A+" və ya "A++" kimi texnikalar az enerji çəkir və ümumi yüklənməni azaldır.
Uzunmüddətli işləyən cihazları nəzarətsiz qoymaq da təhlükəlidir. Kondisioneri evdə olmadıqda işlək vəziyyətdə saxlamaq, televizorları gecə rejimində açıq qoymaq lazımsız yüklənmə yaradır./BAKU.WS
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ