İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunmuş ərazilərdə qanunsuz balıq ovu - VİDEO

İşğaldan azad olunmuş ərazilərdə qanunsuz balıq ovu həyata keçirildiyi iddia olunub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, “TikTok” istifadəçilərindən biri qadağan olunmuş üsullarla balıqları qanunsuz şəkildə ovlayıb. Brakonyer əməlini videoya çəkərək, sosial şəbəkələrdə paylaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparılacağını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov isə bildirib ki, qeyd olunan əməli törədən şəxs artıq müəyyən edilib: “Sosial şəbəkələrdə Kəlbəcər rayonunda şəxsin qanunsuz olaraq balıq ovlaması ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və onun rayon sakini Elvin Yusifov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir, müvafiq qurumun rəyindən sonra əmələ hüquqi qiymət veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR