İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb

İşğaldan azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

Onun sözlərinə görə, həmin qalıqlar Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan şəxslərə məxsusdur.

Şöbə rəisi qeyd edib ki, 1988-ci ildən - 1994-cü il də daxil olmaqla 3 min 890 nəfər azərbaycanlı itkin düşüb.

E.Tağıyevin sözlərinə görə, itkin düşənlərdən 3 171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxslərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR