İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal altındakı Mariupol indidən qəsbkarlar arasından bölüşdürülür



Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın adamlar Ukraynanın işğal altında olan Mariupoldakı zavodlarına yiyələnirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC kanalı məlumat yayıb.

Kanalın informasiyasına əsasən Kadırovun adamı sayılan senator Süleyman Geremeyevə yaxın çeçenistanlı iş adamı Valid Korçagin Mariupoldakı İliç metallurgiya zavodunun bərpası ilə məşğul olacaq.

Son vaxtlara qədər ictimaiyyətə adı belə bəlli olmayan Korçagin müharibə zamanı “OBI” tikinti hipermarketləri şəbəkəsinə və ABŞ-ın Rusiyanı tərk edən “Starbucks” qəhvə şəbəkəsinin bütün obyektlərinə sahib çıxıb..

Donetsk vilayətinin Mariupol şəhərinin əhəmiyyətli hissəsinin dağıdıldığı hücumda Çeçenistandan olan hərbçilər də iştirak edib. Onların arasında Süleyman Geremeyevin qohumu Ruslan Geremeyev də olub. Ruslan Geremeyevin adı müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı işdə hallanır.

İliç Metallurgiya Zavodu ukraynalı iş adamı Rinat Axmetova məxsus “Metinvest” şirkətinə bağlıdır. Döyüşlər zamanı bu zavod, Runat Axmetovun digər aktivi, "Azovstal" qədər zədələnməyib. Rusiya tərəfindən tanınan və daha sonra ilhaq olunan “DXR” adlanan qondarma qurumun “rəhbərliyi” zavodun bərpa olunacağını bəyan edib.

İşğal hakimiyyətinin Mariupol zavodunu bu şirkətə verdiyi barədə hələ ki, rəsmi məlumat verilməyib. Lakin məlumdur ki, zavod Geremeyevlər ailəsinin üzvlərindən birinin rəhbərliyi altında silahlı mühafizəçilər tərəfindən qorunur.

BBC-nin araşdırmasına görə, Korçaqin özü əvvəllər Geremeyev soyadını daşıyıb və onun Çeçenistanın tikinti nazirinin müavini Vahid Geremeyevin oğlu olduğu iddia edilir. Vahid Geremeyev isə Federasiya Şurasının üzvü Süleyman Geremeyevin doğma qardaşıdır. “Transparency” təşkilatının nümayəndəsi İlya Şumanov hesab edir ki, Mariupoldakı zavod Geremeyevlər ailəsinə Ukraynadakı döyüşlərə görə “mükafat” olaraq verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR